"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var. Qaynarinfo-nun məlumatına görə, QSC-nin sədri Vüsal Aslanov Yusif oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1721212.03 manat vergi borcu yaranıb.
Zaur Hüseynovun dövrü yoxlanıldı: 4 milyonluq pozuntu, 2 milyonluq vergi borcu...
Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3985391.5 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Yusif oğlu Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.