Ötən ilin dekabr ayında Azərbaycana Qazaxıstandan 55 baş diri ətlik at idxal edilib.
Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, idxal edilən bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan daha çox Qazaxıstana diri at ixrac edir. Ötən il Azərbaycan Qazaxıstana 1 864 baş at ixrac edib və bir baş atın orta gömrük dəyəri 198 dollar (337 manat) olub.
