BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunun mətbuat xidmətinin sabiq rəhbəri də deputat olmaq istəyir

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin sabiq rəhbəri Nəsimi Paşayev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, N. Paşayev 49 saylı Yevlax - Mingəçevir seçki dairəsindən namizəd olacağını bildirib.

 

“A kişi, sizi əlinizdən neçə gündür namizədliyimi elan eliyə bilmirəm. Hamıya mız qoyursunuz. Gedin seçkiyə, kimə istəyirsiniz səs verin də. Məsələn, mən dostluğumdakı insanların böyük əksəriyyətinin səsini istəmirəm. Çünki seçicim deyilsiniz. Amma hamınızın dəstəyini gözləyirəm” – N.Paşayev qeyd edib.

Tarix: 9 Dekabr 2019, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin