Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İtkin düşən kişi öldürülübmüş - Ata və 20 yaşlı oğlu saxlanıldı

990
Paylaş:
İtkin düşən kişi öldürülübmüş -      Ata və 20 yaşlı oğlu saxlanıldı

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.

Mirhəsən Seyidovun qonşuları – 1980-ci il təvəllüdlü Elşad Elbrus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır./APA

Paylaş:

Ən son xəbərlər