Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb. Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.
Pravda.az Patrul.az-a istinadən xəbər verir ki, “Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.
Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: “Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.
Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: “Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”. Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, “Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib: