"Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay" və Azərbaycan təhsili
Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu. İki faktı yazmışdım: E.Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.
Bu harasıdır…
Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?