Bölgələrdə tikinti materialları bazarlarında durğunluq yaşanır. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, Zaqatalada qış aylarının təsiri ilə tikinti sektorunda durğunluq yaşanır, materialların alıcılıq səviyyəsi xeyli aşağı düşüb.
Sahibkarların sözlərinə görə, hər il bu mövsümdə eyni vəziyyət yaşanır. Satıcılar qiymətlərdə nisbətən enmə olduğunu bildirirlər. 2-3 ay əvvələ nəzərən taxtanın 1 kubunda 20-30 manat, dəmir materiallarında 5-10 qəpik ucuzlaşma var.