Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub. Pravda.az "Qafqazinfo"a istinadla xəbər verir ki, tanınmış rəssamın Nəsimi rayonu, Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb.
Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədilməsi müəyyən edilib.
Məlum olub ki, oğurlanan əşyalar arasında çox sayda bahalı qol saatı, tarixi əhəmiyyətli əşya və çoxillik içki olub. Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində "Roberto Cavalli" markalı xəz gödəkcə, 7 min manatlıq "Francesco Scognaniglio" markalı, 14 000 manat dəyərində "Etro Milano" markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli "Sobol" markalı, 11 000 manat dəyərində "Thes Thes" markalı, 2800 manat dəyərində "Pajaro" markalı, 5500 manat dəyərində "Thes irevelle" markalı, 6200 manat dəyərində "Albeno Fercci" markalı, 1850 manat dəyərində "Adoma" markalı gödəkcələrin oğurlanması da məlum olub.