Fövqəladə Hallar Nazirliyində (FHN) və Prezident Adminstrasiyasında (PA) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxrlətə hökm oxunub. Qaynarinfo xəbər verir ki, dələduzluq əməlində təqsirləndirilən şəxslər Qüdrət Bağışovla Hidayət Məmmədov Nəsimi Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə mühakimə olunub.
İş materiallarından məlum olur ki, Qüdrət Bağışovla Hidayət Məmmədov Ceyhun Ağayevi FHN-nə işə düzəltmək üçün onun atasından 15 000 manat pul alıb. Ceyhun Ağayevin atası aldadıldığını bildikdən sonra polisə müraciət edib. Ona dəymiş zərər ödənilib.
Bundan başqa, Hidayət Məmmədovla Qüdrət Bağışov Emin Həsənov adlı vətəndaşdan onu Prezident Adminstrasiyasında işə düzəltmək adı ilə 16 500 manat pul alıb. Emin Həsənovun atası Qorxmaz Həsənov iş düəzlmədikdə polisə müraciət edib.