İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Yusif Baqiyev və digərləri məsuliyyətə cəlb edilib.
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və digər qanunsuz hərəkətlərlə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Yusif Seyfullah oğlu Baqiyevin Ramil Saadov və digər şəxslərlə mütəşəkkil dəstə halında birləşərək özünə məxsus olan onlayn qumar saytlarının ölkə ərazisində qanunsuz olaraq fəaliyyət göstərməsinə nail olmaqla xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməsinə, habelə, 2022-ci ildən başlayaraq "Paysis" MMC və "Pulpal" MMC-nin rəhbəri Samir Hüseyn oğlu Nasibov ilə sövdələşərək sonuncuya məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.