Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (Tarqovı) yerləşən "Enjoy Club"dan vəzifəli şəxslər qovulub. Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları "Enjoy" gecə klubunda yanğın təhlükəsizliyi ilə bağlı planlı yoxlama keçirilib. Yoxlama zamanı klubun sahibi D.C. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının binaya daxil olmasına maneə törədib.
"Enjoy" klubunda planlı yoxlama zamanı sahibkar tərəfindən müvafiq sənədlər təqdim edilməyib, yaranan suallara yanlış cavablar verilib, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmayıb. Bu səbəbdən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilib.