Dəfələrlə bu haqda yazılmasına, şikayət edilməsinə baxmayaraq yenə də Xırdalan dağ kimi qalaqlanmış zibillik içində batır. 20 gündən artıqdır təmizlənməyən həyətlərin zibilliyi yola qədər çatır. Əksər küçələrdə anti-sanitar vəziyyət hökm sürür. Bu barədə Xırdalan sakinləri bildirirblər.
Hazırda Xırdalanın Qalubiyyə küçəsində qalaqlanıb qalmış zibillər 20 gündən artıqdır yığılmır. Sakinlərin dəfələrlə üzləşdiyi bu zibil probleminə görə müraciət etmədikləri ünvan qalmayıb. Ancaq yenə də tədbir görülmür:
“Bezmişik Abşeron rayon İcra Hakimiyyətinə müraciət etməkdən. Hər dəfə biz zəng edib yadlarına salmalıyıq. Zibil pulu, nə bilim nə pulu o dəqiqə yığırlar. Bəs bu zibili daşımağa niyə canları çıxır. Abdin Fərzəliyevin zibil daşıyan maşınları yoxdu? Ya başı səki, torpaq satmağa qarışıb?”.
