“Bolt” taksi xidməti ilə bağlı şikayətlər artmaqda davam edir. Şirkət sürücüləri kobudluqda günahlandırılır. Sərnişinlərin fikrincə, “Bolt” sürücülərinin əksəriyyəti narkoman, psixi problemli insanlardır. Bu qənaətə sosial şəbəkələrdə “Bolt” taksi xidməti və onların sürücüləri haqqında yazılanlardan gəlmək olar. Müştərilər bildirir ki, 2 istiqamət seçmək mümkün olduğu halda sürücülər sərnişini aparmaqdan, kartla ödənişdən imtina edir, əlil arabası ilə olan sərnişinlərdən arabalarına görə əlavə ödəniş tələb edirlər.
“Bolt”dan olan şikayətlərin bəzilərini təqdim edirik:
Sərnişin Lalə Nağızadə:
“Şikayətim “Bolt” sürücüsündəndir. Taksiyə minən kimi 2 ünvan qeyd etdiyimi gördü və çox kobud şəkildə etiraz elədi ki, “Ay xanım, 2 ünvan nədir eləmisiniz?!”. Bildirdim ki, əgər burada 2-3 ünvan qeyd eləmək mümkündürsə, yəni o funksiya varsa, istifadə edə bilərəm. Sürücü birinci “Bolt” şirkətini söydü, sonra da maşını saxlayıb məni düşürdü”.
Aysel Cəfərli:





