Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib. Pravda.az "Qafqazinfo"a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb. Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.