Hava şəraiti dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır.