Azərbaycanlı iş adamı Rauf Bakıyev Polşada müəmmalı şəkildə yoxa çıxıb.
Onun əmisi oğlu Rabit Bakıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Rauf Bakıyev on gündür ki, tapılmır:
"Milliyətcə azərbaycanlıyıq, amma Gürcüstan vətəndaşıyıq. Əmioğlu Polşanın Kostrzyn şəhərində yaşayır, orada dönərxana sahibi idi. On gün əvvəl saat 20:00-da bacısı oğlunun yanına gedib, yemək yeyib, sonra evə gəlib. Daha sonra bacısı oğlu zəng edib ki, gəl, bizi də apar, lakin işi olduğunu bildirib, getməyib. Onlar da gəlib Raufu evdə tapmayıblar. Səhərə qədər gözləyiblər, nə zəng çatıb, nə də evə gəlib. Nəhayət polisə müraciət ediblər. Hələ də gözləyirik, amma bizə heç bir məlumat verilmir".