Onlayn satış həyata keçirən butiklərdən biri müştəridən ödənişi öncədən tələb edib, daha sonra da həmin şəxsi bloka atıb.
Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilib.
Şikayətçinin sözlərinə görə, 26 manat ödəniş etsə də, sifarişini əldə edə bilməyib.
"Bacım butikin səhifəsini "Instaqram"da görüb, oradan geyim dəsti bəyənib. Səhifədə ünvan məlumatları qeyd edilməyibmiş, soruşandan sonra deyiblər. Bacım işdən çıxanda gec olacağı üçün çatdırılma xidmətindən istifadə etmək istəyib. Onlar da ödənişi əvvəldən alacaqlarını bildiriblər. Göndərəndən sonra isə bacımı bloklayıblar", - deyə şikayətçi bildirib.