Tikinti materialları bazarında ciddi durğunluq müşahidə olunur. Sahibkarların və satıcıların əksəriyyəti gündəlik satışların xeyli azalmasından gileylənirlər. Onlar bunu daha çox material qiymətlərində özünü göstərən qiymət artımı ilə əlaqələndirirlər. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, tikinti məmulatlarının bahalaşması xaricdəki qiymət artımı ilə bağlıdır:
“Tikinti materiallarının böyük bir hissəsi, əsasən də taxta-şalban məmulatları Azərbaycana Rusiyadan gətirilir. Daxili istehsalımız yalnız sement, çınqıl, armatur və bu tipli materiallarda özünü göstərir. Yerdə qalan bir çox tikinti materialını xaricdən asılıyıq. Bu asılılığa görə Rusiyadakı qiymət dəyişiklikləri Azərbaycana da təsir edir.