Bəziləri hesab edir ki, uğur insanın zəhməti, istedadı və əzmkarlığı ilə bağlıdır. Digərləri isə bunun müəyyən qədər tale və astroloji təsirlərlə əlaqəli olduğunu düşünürlər. Əsrlərdir ki, astrologiya insan xarakterinə və həyat yoluna təsir edən amillərdən biri kimi qəbul olunur. Bəzi bürclərin doğuşdan lider, digərlərinin isə yaradıcı, yenilikçi və ya çalışqan olduğu deyilir.
Ən uğurlu bürcləri təqdim edirik:
Oğlaq
Oğlaq bürcü əzmkarlıq və intizamın simvoludur. Onlar kiçik uğurlarla kifayətlənməyən, daim daha yüksəyə qalxmağa çalışan insanlardır. İş həyatında məsuliyyətli olmaları, real hədəflər qoymaları və onları həyata keçirmək üçün yorulmadan çalışmaqları ilə seçilirlər. Məşhur iş adamları, siyasətçilər və akademiklər arasında oğlaqların sayı kifayət qədər çoxdur. Onların uğurunun sirri hər şeyə sistemli yanaşmaları və riskləri hesablamalarıdır.
Əkizlər
Əkizlər bürcü ağıllı, çevik düşüncəli və ünsiyyətcil insanlardır. Onların çoxşaxəli maraqları və hər şeyə sürətlə adaptasiya olmaq bacarığı var. Bu səbəbdən jurnalistika, yazıçılıq, aktyorluq, eləcə də ticarət sahəsində uğur qazanmağa meyillidirlər. Danışıq qabiliyyətləri, iti zəka və hazırcavablıqları onları sosial mühitlərdə parlaq simalara çevirir.