İnterpol beynəlxalq təşkilatı İran hökumətinin ABŞ Prezidenti Donald Trampın və general Qasım Süleymaninin öldürülməsində iştirak etməkdə günahlandırılan digər şəxslərin beynəlxalq axtarışı ilə bağlı müraciətinə cavab verib.
Pravda.az-ın xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, təşkilatın konstitusiyasının 3-cü maddəsinə əsasən belə bir addım ata bilməzlər.