“Azərlotereya” tarixində ən böyük uduşu - 913.048 manatı Xaçmaz sakini Kamran Məmmədsəidov 2023-cü ildə “4+4” tirajlı lotereyasında udub.
“Azərlotereya” ASC uğurlu fəaliyyəti nəticəsində ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına, məşğulluğun artırılmasına, sosial layihələr və idmanın inkişafına töhfə verməyə davam edir.
Şirkətimizin təşkil etdiyi oyunlar arasında tirajlı, ani, elektron, virtual idman və virtual lotereyalar, eləcə də idman mərc oyunları üzrə təxminən 100-ə yaxın şans oyunu var. Oyunlarımız arasında mümkün olan ən böyük uduş 1 milyon manatdır və bu uduş “Super Keno”da udula bilər.
Son 3 ildə çox sayda lotereya oyunlarında böyük uduşlar qazanılıb. “Azərlotereya” tarixində ən böyük uduş 2023-cü ildə 913.048 manat - “4+4” tirajlı lotereyasında udulub. Uduşu qazanan Xaçmaz sakini Kamran Məmmədsəidov olub. Daha sonra eyni lotereya oyununda 530.359 manatlıq cekpotu Saatlıda Sakin Hüseynov qazanıb. Ani lotereyalarımızda ən böyük uduşu – 500.000 manatı “Prestij” lotereyasından qazananlardan biri də Hüseyn Bünyatov olub.