Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.
Pravda.az axar.az-a istinadən bildirir ki, iclasın gündəliyində "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi də olub.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər MR Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.