Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Goranboy rayon Səfikurd kənd sakini 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu döyüşlərdə Rusiya ordusu sıralarında iştirak edib.
İtkin kimi axtarılırdı, xristian qəbiristanlığında dəfn edilibmiş... - FOTO
Bildirilir ki, xeyli müddət Rusiyanın Varonej şəhərində yaşamış Arzuman bir müddətdir itkin kimi axtarılırmış.
Daha sonra onun naməlum şəxs kimi xristian qəbiristanlığında dəfn edildiyi məlum olub.