Dünən axşam saatlarından etibarən Bakıda yağan qar və yolların buz bağlaması ictimai nəqliyyatın fəaliyyətində problemlər yaradıb.
Pravda.az qafqazinfo-ya istinadla xəbər verir ki, axşam saat 21:00-dan sonra bir çox istiqamətlərə avtobusların intervalında böyük fasilələr yaranıb, bəzi yerlərdə isə ümumiyyətlə marşrut avtobusu tapılmayıb.