Qarlı, buzlu yolda baş verən qəza zamanı avtomobilinə ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir.
Sürücülər arasında belə bir fikir var ki, meteoroloji şəraitə görə, qəza baş verdikdə hərə öz avtomobilini təmir etdirməlidir.
Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, bu, kökündən yalnış bir fikirdir və belə yanaşma düzgün deyil.