Müğənni Nura Suri yaşadığı bina ilə bağlı şikayət paylaşımı edib. O, feysbukda bu sözləri qeyd edib:
“Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Yapı İnşaat-ın binaları ilə bağlı mühüm problem var. Son vaxtlar bu binalarla bağlı ciddi problemlərlə üzləşmişik. Binaların yeni qanuna əsasən təhvil verildiyi iddia olunur, lakin heç bir rəsmi sənəd yoxdur. Hətta yeni komendant, Firdovsi adlı şəxs, binanı hələ rəsmi təhvil almadığını təsdiqləyir. “Yapı inşaat” şirkəti Şahmar Vəliyevə məxsusdur. Kommunal xidmətlərin ödənməməsi səbəbiylə biz, ödəyən sakinlər, böyük əziyyət çəkirik. Lift 1 həftədir bağlıdır. Suyun kəsintiləri baş verir.