Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.
Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.