Elan saytlarında psixoloq xidməti adı ilə paylaşımlar edilir. Bir seansı 25-75 manat arasında dəyişir. Hətta onlayn xidmət də mövcuddur.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar belə xidmətlərdən istifadə edərək zərərçəkən şəxslərin sayı artıb. Onların sözlərinə görə, bu halda müacilə almaq üçün gedən şəxslər daha da ağır vəziyyətə düşürlər.
Vətəndaşlar psixoloqlara müraciət edərkən mütləq onun təhsilini, təcrübəsini araşdırmalıdırlar.