Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.
Bakının bu ərazisinə suyun verilməsində fasilə yarandı
Bu barədə Pravda.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd edilib ki, fevralın 25-i günün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.