Jurnalist və yazıçı Anar Vəziroğlu qalmaqal yaşadığı meyxanaçı Rüfət Nasosluya efirdə söz atıb. OLAY yazır ki, hadisə hər iki məşhurun ekspert qismində iştirak etdiyi “Səni axtarıram” verilişində yaşanıb.
Vəziroğlu müəyyən problemlərini həll etmək üçün sözügedən proqrama pənah gətirən Marina adlı qadının qırmızı libasına təriflər yağdırıb.
“Marina cavan qızdır və çox gözəl geyinib” deyərək Marinanın yanında əyləşib.
Bundan sonra isə Anar daha əvvəl aralarında mübahisə yaşandığı Rüfətin geyimini lağa qoyub.