Bir neçə gün bundan öncə Tribunainfo.az olaraq “Aztelekom” MMC ilə apardığımız araşdırma barədə geniş məlumat vermişdik. Həmin məlumatlarda qeyd olunurdu ki, 2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.
Araşdırma zamanı o da bəlli olmuşdu ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Orada söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedirdi.
Dünən isə məlum olub ki, “AzTeleKom” MMC-nin keçirdiyi tenderlərlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub. Belə ki, Tural Pirverdiyevin rəhbərlik etdiyi qurum “Əlavə mütəxəssislərin işə cəlb olunması” layihəsini həyata keçirmək istəyini reallaşdıra bilməyib. 21 milyon 770 min 655 manat olan bu müsabiqənin ləğvinin səbəbi iştirakçı sayının az olması göstərilib. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti MMC-nin müsabiqə zamanı “Dövlət satınalmalar haqqında” qanunun bəzi maddələrini pozduğunu aşkarlayıb.