“Kanal-1” internet televiziyasının rəhbəri olmuş Arzu Orucovun cinayət işinin təfərrüatı məlum olub. O, ayrı-ayrı obyekt sahiblərini şantaj edərək pul tələb etməkdə itiham edilir. Onun əlində intim görüntülər olub.
Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 40 yaşlı Arzu Orucov bu dəfə şantaj və hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılır.
İstintaqla müəyyən edilib ki, A.Orucov Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən “Səbuhi” adlı kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra obyekt sahibinə zəng edərək əxlaqsız yuva işlətdiyini deyərək pul tələb edib. Bu əməlinə nail olaraq ondan 1300 manat alıb. Kafe sahibini bir müddət sonra yenə də eyni görüntülərlə şantaj edərək 800 manat ələ keçirib.
Bundan başqa Biləsuvar-Bəhrəmtəpə yolunda yerləşən adsız kafenin sahibini də əxlaqsız yuva işlətməsi adı ilə şantaj edərək 1100 manat alıb. Eyni ünvanda fəaliyyət göstərən digər kafenin sahibindən də 1100 manatı eyni üsulla tələb edib.
A.Orucov sonuncu dəfə Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yerləşən adsız kafedə çəkilmiş videogörüntünü kafe sahibinə göstərərək onu şantaj edib və qarşılığında 1100 manat tələb edib. A.Orucova 1100 manatı alan zaman gecə saat 2 radələrində polis əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.
Müəyyən edilib ki, A.Orucova həmin əməllərində tanışı Sevil (ad şərtdiri) adlı xanım kömək edirmiş. O, həmin kafelərdə çəkilmiş öz intim görüntülərini A.Orucova göndərib.
A.Orucov məhkəmədə dindirilən zaman özünü təqsirli bilmədiyini deyib.
![]()
Onun sözlərinə görə saytı yaratmaqda məqsədi ölkə ərazisində baş vermiş neqativ halları aidiyyəti orqanlara çatdırmaq olub:
“İndi zərərçəkmiş kimi tanınan şəxslərin kafelərinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmələrini ifşa etmişdim. Həmin əxlaqsız yuvalar bağlandı. Mən də yazını sildim.