Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.
Bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Hidayət Hüseynov 1951-ci il yanvarın 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olub. 1976-1990-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib.