Fevralın 28-i saat 04:44-də Balıqlar bürcündə 9 dərəcə Yeni ay yaşanacaq. Balıqlardakı Yeni Ay həssaslığı, intuisiyanı və mənəvi inkişafı vurğulayır.
Bu Yeni aydan ən çox təsirlənəcək bürclər dəyişkən bürclər olacaq (Əkizlər, Qız, Oxatan və Balıqlar). Bu bürclər altında doğulanlar şəxsi həyatlarında və münasibətlərində əhəmiyyətli dəyişikliklər yaşaya bilərlər. Bundan əlavə, Balıq bürcündə yüksələn və ya şəxsi planetləri olanlar da bu yeni ayın təsirini dərindən hiss edəcəklər. Bu Yeni ay həm də karmaların yaşanması, qeyri-müəyyən qalan hadisələrin aydınlıq tapması, münasibətlərin yeni etapa keçməsi ilə yadda qalacaq.
Bəs Yeni ay bürclərə nə vəd edir?
QOÇ: Taleyüklü, təəccübləndirici hadisələrlə qarşılaşa bilərsiniz. Gözləmədiyiniz insanlar sizə məsuliyyətli işlər yükləyə bilərlər. Bu günlərdə ittihamların, böhtanların, dedi-qoduların olduğu mühitlərdən uzaq olmaq ən yaxşısıdır. Əgər ruhunuzu sağaltmaq istəyirsinizsə, terapiya axtarmaq üçün ən yaxşı vaxt ola bilər. Müalicəyə başlaya bilərsiniz. İşgüzar səbəblərdən xaricə getməli ola bilərsiniz.
BUĞA: Sınaqlara məruz qalacağınız bir dövr yaşaya bilər və sosial çevrəniz, komandalarınız, təşkilatlarınız və dostluqlarınızla əməkdaşlıq etməli olacaqsınız. Əsl dostlar özünü göstərsə də, bəzi insanlarla aranızda soyuqluq yarana bilər. Köhnə dostlarla görüşə bilərsiniz. Gələcək planlarınıza daha çox vaxt ayıra bilərsiniz. Yeni biznes layihələri üçün hazırlıqlara başlaya bilərsiniz.
ƏKİZLƏR: Karyeranızda çətinliklərlə üzləşərək məsuliyyətlərinizi ciddi qəbul etməlisiniz. İdealist davransanız və pul qazanmaq ehtirası ilə deyil, bütövlükdə xidmət etmək məqsədi ilə hərəkət etsəniz, işinizdə irəli çəkilə bilərsiniz. Siz və valideynləriniz bir-birinizə tapşırıqlar verə bilərsiniz. Evlilik və ya şəxsi üstünlüklərə görə ayrı bir evə köçməyi də düşünə bilərsiniz. Münasibətlərdə konstruktiv olmağa və birlikdə güc yaratmağa təşviq olunursunuz.
XƏRÇƏNG: Müdriklik yolunda addım-addım irəliləyə bilərsiniz. Həyata dərin və həssas yanaşmanız ola bilər. İşinizdə peşəkar olmağa doğru irəliləyə bilərsiniz. Ciddi kommersiya investisiyaları və rəqəmsallaşma ilə bağlı yeni qərarlar verə bilərsiniz. Təhsil və iş məqsədi ilə xaricə getməyin də qapısı açıla bilər. Əgər mədəniyyət, inanc və fikir qarşıdurmalarının ortasında qalmısınızsa, hər kəslə empatiya qurmağı hədəfləyən bir yanaşma seçsəniz, sizin üçün faydalı ola bilər.
ŞİR: Maliyyə məsələlərinizi strukturlaşdıra bilərsiniz. Kreditlər, sığorta, miras və vergilər üzrə yeni bir başlanğıc edə bilərsiniz. Gecikmiş işləriniz açıla bilər. Əlavə iş və bonuslar vasitəsilə sürpriz şəkildə pul qazana bilərsiniz. Cərrahi əməliyyatlar da edə bilərsiniz. Uşaq sahibi olmağı da düşünə bilərsiniz. Ginekoloji xəstəliklərlə bağlı check-uplarınıza önəm verin. Dərin nəfəs məşqləri və meditativ çalışmalar edə bilərsiniz.
QIZ BÜRCÜ: Özünüzü başqasının yerinə qoyaraq hadisələrə fərqli prizmadan baxmağa cəhd edin. Münasibətlər və tərəfdaşlıqlarla bağlı olan məsuliyyətləri daha ciddi qəbul edə bilərsiniz. Sizi məhdudlaşdıran və sizə qarşı çıxan insanlar ortaya çıxa bilər. Ətrafınızda düşmənləriniz varsa, onlarla qarşılaşa bilərsiniz.