Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı ortatəzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.