Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. Pravda.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Yaşar Abbasov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, onun doqquz yaşlı fiziki qüsurlu övladı Əli Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilib.