BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərhədlərin açılması ilə bağlı daha bir xəbər

“Sizin rəhbərliyinizlə sərf olunmuş qüvvəni və qoyulmuş sərmayələri öz gözümlə görmüşəm. Son 3-5 ildə ölkənizdə turizmə aid rəqəmlərin necə dəyişməsini özüm görmüşəm. Məsələn, Formula 1 kimi layihələr, mehmanxana biznesinə kapital qoyuluşu - bütün bunlar rəqəmlərlə əks olunub. Bizim ilk gündən etibarən ölkələrə göndərdiyimiz tövsiyələrdə özəl biznesə və bu sektorda çalışan insanlara böyük dəstək verilməsindən bəhs edilirdi. Bu dəstəyə görə çox sağ olun”.

 

Pravda.az-ın məlumatına görə, bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən videokonfransda deyib.

 

Z. Pololikaşvili qeyd edib ki, bu gün ən vacibi insanlar və onların sağlamlığıdır: “Sabahkı günə gəldikdə, Siz çox düzgün qeyd etdiniz ki, biz böyük və inkişaf etmiş ölkələrin bütün yaxşı nümunələrini dəstəkləyəcək və bütün ölkələrə göndərəcəyik. Biz Madriddə, İspaniyada yerləşirik. İspaniya həm özü, həm də turizm biznesi COVID-19-dan zərər çəkmiş ölkələrdən biridir. Onların postpandemiya dövrü üçün çox konkret və çox maraqlı inkişaf planı var.

 

Biz hökmən Sizinlə əməkdaşlıq edəcəyik və vaxt itirməməyiniz, mövsüm açılan kimi sərhədləri açmağa, ölkənin populyarlaşdırılmasını davam etdirməyə hazır olmağınız üçün Sizə hazır sənəd verəcəyik. Ona görə ki, indi bütün ölkələr öz kampaniyalarına başlamağa hazırdırlar. Hamı beynəlxalq əlaqələrin açılacağı günə hazırlaşmaq istəyir. Odur ki, hər şey artıq hazırdır və biz birbaşa əlaqə saxlayacağıq, bütün yaxşı ideyaları, Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtmaq üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yayacağıq”.

Tarix: 30 İyun 2020, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin