BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəm” – Aslan İsmayılov

“Allah şahiddir ki, mənə etdikləri bütün murdarlıqlara baxmayaraq, nə qədər çətin olsa da vəzifəsindən azad olunduqdan sonra baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəm. Ancaq düz deyirlər, abır-həya insanda ya olur, ya da olmur. Başqası heç olmasa ifşa olunduqdan sonra etdikləri murdarlıqlardan əl çəkər. Bu isə ipə-sapa yatmır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, Əli Həsənov yenə siyasi arenaya qayıdıb öz çirkin əməllərini davam etdirmək istəyir: “Bunun üçün də öz yetirmələrini üstümə salır. Bunları məhkəməyə verəndə də həyasızcasına şüvən qaldırırlar ki, söz azadlığını boğurlar. Sanki tək söz azadlığını deyil, ədəb-ərkanı, adi davranış qaydalarını, mədəniyyətimizi də bunlar murdarladılar. Müraciəti, mübahisəni, debatı söyüşlə əvəzlədilər”.

Tarix: 30 İyun 2020, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin