“Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubu üzvləri üçün təltifetmə tədbiri təşkil olunub. 27 fevralda Norm Sement zavodunda baş tutan tədbirdə Norm və TKTA rəhbərliyi də iştirak edib.
Norm Sement zavodunun CEO-su Henning Sasse tədbir iştirakçılarını salamlayaraq, layihənin bütün mərhələlərinin uğurla təşkil olunduğunu qeyd edib və bu imkanın yaradılmasına görə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xüsusi təşəkkürünü ifadə edib. O, həmçinin şirkətin Norm Ustalar Klubu üzvlərinin peşəkar inkişafını daim dəstəklədiyini və bu kimi layihələrin sosial məsuliyyət strategiyasına daxil edildiyini bildirib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Tural Əhmədov da tədbirdə çıxış edərək, layihənin peşəkar inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması istiqamətində mühüm addım olduğunu qeyd edib. Gələcək əməkdaşlıq perspektivlərindən danışarkən, agentliyin idarə heyətinin sədri bu təşəbbüsün Norm ilə gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin əhəmiyyətini də vurğulayıb.