Qışın sərt soyuqları təkcə əhval-ruhiyyəyə deyil, dərinin sağlamlığına da təsir edir. Xüsusilə üz dərisi şaxtalı havalarda daha həssas olur və quruluq, çatlama, qızartı kimi problemlərlə üzləşə bilər.
Bəs şaxtalı havalarda üz dərisini qorumaq üçün nə etmək lazımdır?
Dermatoloqlar bildirir ki, aşağı temperatur və güclü külək dərinin qoruyucu təbəqəsini zəiflədir, nəmlənməni azaldır və erkən yaşlanmaya səbəb ola bilər:
Aşağı rütubət səviyyəsi – Soyuq havalar və isitmə sistemləri dərini qurudur.
Güclü külək – Dəridəki təbii yağları apararaq onu daha kövrək edir.
Kəskin temperatur fərqləri – İsti qapalı məkanlardan soyuğa çıxmaq damarların genişlənib-daralmasına səbəb olur, bu da qızartı və iltihaba gətirib çıxara bilər.