Botoks etdirənlər, botulizmə yoluxub, canlarından ola bilərlər.
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 91 nəfər gətirilib.
Qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir. Həkim infeksionist Mərdan Əliyev bildirdi ki, kosmetik və tibbi məqsədlə istifadə olunan botoks da botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər.
Bəzi hallarda botulizm ölümə gətirib çıxara bilər.