Enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.
Bu barədə diyetoloq, psixoterapevt, professor Mixail Qinzburq məlumat verib.
"Enerji içkiləri üç əsas istiqamətdə təhlükə yaradır: ürək-damar və sinir sisteminə, həmçinin maddələr mübadiləsinə mənfi təsir göstərir, şəkərli diabetin inkişaf riskini artırır. Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Yeniyetmələrin ürək-damar sistemi hələ tam formalaşmayıb və buna görə də, enerji içkilərinə qeyri-adi dərəcədə kəskin reaksiya verə bilərlər - məsələn, ürək döyüntüsünün sürətlənməsi və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər", - deyə Qinzburq izah edib.