Bir necə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın Odlar Yurdu Universitetinin tibbi biologiya ixtisası üzrə bakalavr təhsilini başa vuran şəxsin həkim kimi çalışdığını yazaraq bu həkimə aid diplomları paylaşmışdı. Apardığımız araşdıma zamanı bəlli oldu ki, Qənirə Ataşovanın paylaşdığı diplomlar fizioterapevt və reabilitiloq Rəhimə Atəşə məxsusdur.
Qənirə Ataşovanın yayımladığı xəbərdə vurğulanırdı ki, Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:
-2003-2008-ci ildə cü ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.
Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.