Kardioloq qan təzyiqi ilə bağlı təhlükəli mifi dağıdır
Kardioloq təzyiq ilə bağlı təhlükəli mifi dağıtdı - Səhv bilirmişik
Kardioloq Diana Novikova qan təzyiqi ilə bağlı yanlış inanclara aydınlıq gətirib. O, Telegram kanalında bəzi insanların yüksək təzyiqi “iş təzyiqi” kimi qəbul etməsinin təhlükəli olduğunu bildirib.
“Xəstələr tez-tez 160/100 təzyiqi ilə özlərini yaxşı hiss etdiklərini və bunun onlar üçün normal təzyiq deyirlər. Lakin bütün yaş qrupları üçün normal qan təzyiqi meyarları mövcuddur,” – deyə Novikova qeyd edib. Onun sözlərinə görə, 120/80-dən 129/84-ə qədər olan təzyiq normal sayılır, bundan yuxarı göstəricilər isə sağlamlıq üçün risk yarada bilər.//E-saglam.az