Sumqayıtda yataqxana sakinləri onları ciddi narahat edən qonşudan şikayət edirlər. İddiaya görə, tüfeyli həyat tərzi sürən kişi qonşuların üstünə bıçaq çəkir. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, şəhərin 15-ci məhəllə ərazisindəki 5 saylı yataqxananın sakinlərinin sözlərinə görə, binanın 4-cü mərtəbəsində yaşayan Məcid Zülfiqarov adlı şəxs onların həyatı üçün təhlükəyə çevrilib.
Uşaqlar, yaşlılar evdən çölə çıxmağa qorxurlar. İddialara görə, həmin şəxs ötən gün öz evinə od vuraraq yataqxananı yandırmaq istəyib.