Ramazan ayı matəm yox, bayram ayıdır. Amma insanların çoxu adətən bu ayda toy-nişan məclisləri etmirlər.
Xəzər TV bildirir ki, bu yazılmamış qaydaya illərdir ki, riayət olunur.
Həmsöhbət olduğumuz restoran sabibləri isə deyirləri ki, ötən illərlə müqayisədə bu il məclis üçün müraciət edənlərin sayı artıb. Onların sözlərinə görə, hələ ki, toy etmək istyənlər olmasa da, nişan və xınayaxdı məclisləri çoxdur.
Müraciətlərin artmasına səbəb həm də orucluğun soyuq havalara təsadüf etməsidir. Çünki iftar vaxtı saat 18-19 radələrində olduğuna görə məclis sahibinə uyğundur.