Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.