Xəbər verdiyimiz kimi, ad gününə alınan hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.
1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetininin Filologiya (ingilis dili) fakültəsini bitirib. 2005-2022-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb.
2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.