44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.
Məlumatı şəhid mayor Vüsal Əliyevin qardaşı Elyar İsmayıloğlu paylaşıb.
Xatırladaq ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2003-cü ildə Maştağadakı C.Cabbarlı adına orta məktəbdə təhsil almağa başlayıb. 2014-cü ildə C.Cabbarlı adına 187 saylı məktəbi bitirib. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub.