Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Pravda.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun eyniadlı qəsəbəsində baş verib.
Burada evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. Onun üç-dörd gün əvvəl öldüyü bildirilir.